Sofiya ABŞ təyyarələrinin və qoşunlarının yerləşdirilməsini təsdiqlədi
Bolqarıstan parlamentinin müdafiə komitəsi hökumətin Bezmer hava bazasına səkkiz ABŞ tanker təyyarəsi və 250 ABŞ əsgərinin müvəqqəti olaraq yerləşdirilməsi qərarını dəstəklədi. Oxuməni. az xəbər verir ki, bu barədə CNN-in yaydığı məlumatda deyilir.
Nəşrin qeyd etdiyi kimi, Amerika kontingenti Yaxın Şərqdə hərbi əməliyyatlara dəstək verəcək. Missiyanın ilkin olaraq 24 iyuldan 1 oktyabra qədər davam etməsi planlaşdırılır.
Lakin, ABŞ qüvvələrinin yerləşdirilməsi ilə bağlı son qərar hələ də Bolqarıstan parlamentində gözlənilir.
Xatırladaq ki, İran Bolqarıstana xəbərdarlıq etdi ki, Tehrana qarşı ABŞ hərbi əməliyyatları üçün əraziyə icazə verilməsi "təcavüz və müharibə cinayətləri"ndə iştirak hesab ediləcək.
Əziz Mustafa
Digər xəbərlər

















.jpg)

































































