Goldman Sachs Brent markalı neftin bir barelinin 120 dollara yüksələ biləcəyini istisna etmir

Goldman Sachs Brent markalı neftin bir barelinin 120 dollara yüksələ biləcəyini istisna etmir

15:23
Bəyəndim (1) Bəyənmədim (0)

"Goldman Sachs" analitikləri hesab edirlər ki, Hörmüz boğazında iş rejimindəki fasilələr davam edərsə, Brent markalı neftin qiyməti bir barel üçün 120 dollara çata bilər. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onların proqnozlarına görə, Brent-in qiymətinin 120 dollara yüksəlməsi 2026-cı ilin 4-cü rübünün sonuna qədər mümkündür. Bununla belə, onlar qeyd ediblər ki, bu ssenari onların strategiyasında baza ssenarisi deyil.

Hazırda "Goldman Sachs" Yaxın Şərqdə gərginliyin azalması ehtimalına əsaslanaraq, 4-cü rübdə Brent markalı neftin qiymətinin 80 dollar, 2027-ci ildə isə 75 dollar olacağını proqnozlaşdırır.

Brent markalı neft sonuncu dəfə 2026-cı ilin aprel ayının sonunda 120 dollar və daha yüksək səviyyədə ticarət olunub.

Qeyd edək ki, çərşənbə axşamı Londonun "ICE Futures" birjasında Brent markalı neftin sentyabr fyuçersləri bir barel üçün 88 dollar, WTI markalı neftin müqavilələri isə 81,5 dollar civarında ticarət edilir.

Almaz Həsənli