Afina Akropolunda bıçaqlı şəxs amerikalı turistlərə hücum edib

Afina Akropolunda bıçaqlı şəxs amerikalı turistlərə hücum edib

12:53
Bəyəndim (2) Bəyənmədim (0)

Afina şəhərində bıçaqla silahlanmış şəxs yunan əsilli iki amerikalı turistə xəsarət yetirib. Hadisə Yunanıstanın əsas turistik məkanı olan şəhərin mərkəzindəki qədim Akropolun yaxınlığında baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

"ABC News"-un hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, bıçaqlı hücumçu Akropol muzeyinin girişində bir kişi və bir qadına hücum edib. Qadın ayağından yüngül xəsarət alıb, kişi isə daha ağır yaralanıb: onun əllərində ciddi kəsik xəsarətləri var.

Cinayətkar saxlanılıb, zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. İlkin versiyaya görə, hücumçunun psixoloji problemləri ola bilər.

Almaz Həsənli