Yudit Polqar Macarıstan prezidenti postunu tutmaqdan imtina edib

Yudit Polqar Macarıstan prezidenti postunu tutmaqdan imtina edib

12:07
Bəyəndim (2) Bəyənmədim (0)

Məşhur şahmatçı Yudit Polqar Macarıstanın baş naziri Peter Madyarın ölkə prezidenti olmaq təklifini rədd edib. Bu təklif Konstitusiyaya edilmiş düzəlişlərə əsasən, əvvəlki prezident Tamaş Şuyokun vəzifəsindən getməyə məcbur olmasından sonra irəli sürülüb.

İyulun 20-si, bazar ertəsi axşam saatlarında Polqar "tarixi məsuliyyəti öz üzərinə götürməyə və parçalanmış milləti birləşdirməyə" hazır olmadığını bəyan edib. Eyni zamanda, o, göstərilən etimada görə Madyara təşəkkürünü bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Madyar bazar günü dünya reytinqində ilk onluğa daxil olan yeganə qadın şahmatçı Polqara Macarıstan prezidenti postunu tutmağı təklif etmişdi. Madyarın fikrincə, Viktor Orbanın 15 ildən artıq davam edən hakimiyyətindən sonra, onun bu əsasən mərasim xarakteri daşıyan (prezidentin real hakimiyyət səlahiyyətləri yoxdur) posta seçilməsi millətin birləşməsinə kömək edərdi. Polqarın namizədliyini hakim "Tisa" partiyasının deputatları da dəstəkləyib.

Madyar öz təklifini Polqar ilə şəxsən müzakirə etdiyini və onun qərarına hörmətlə yanaşdığını yazıb. Hakim partiyanın prezident postuna yeni namizədinin kim olacağı hələlik məlum deyil.

Yudit Polqar şahmatda böyük uğurlar qazanmış üç Polqar bacısının ən kiçiyidir. Onların arasında ən güclüsü, prinsipial olaraq kişi yarışlarında çıxış edən və o cümlədən keçmiş dünya çempionu Harri Kasparovu məğlub edən Yudit olub. O, 2014-cü ildə karyerasını başa vurub.

Almaz Həsənli