Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs elan etməyi təklif ediblər

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs elan etməyi təklif ediblər

11:46
Bəyəndim (2) Bəyənmədim (0)

Qətər, Misir, Pakistan və digər vasitəçilər ABŞ və İrana hərbi əməliyyatları 10 gün müddətinə dayandırmağı təklif ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Ehtimal olunur ki, atəşkəs dövründə Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunacaq, ABŞ və İran isə boğazdan uzunmüddətli istifadə şərtlərini müzakirə etməyə başlayacaqlar.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası vasitəçilərin təklifini nəzərdən keçirir və İsraili "diplomatik pəncərəni bağlaya biləcək" addımlardan çəkinməyə çağırıb.

Bununla yanaşı, "Axios" yazır ki, ABŞ danışıqların uğursuzluqla nəticələnəcəyi ehtimalına qarşı da hazırlıq görür və regiona əlavə hərbi qüvvələr yeridir.

Bir gün əvvəl "The Washington Post" qəzeti ABŞ-ın İrana qarşı daha genişmiqyaslı əməliyyat keçirmək imkanını nəzərdən keçirdiyini yazmışdı. Lakin nəşrin mənbələri qeyd edirdilər ki, hazırda Amerika hərbçilərinin belə bir əməliyyatı təhlükəsiz şəkildə dəstəkləmək üçün kifayət qədər resursu yoxdur.

Almaz Həsənli