ABŞ qüvvələri İranın hərbi komandanlıq mərkəzlərinə, raket və dronların buraxılış məntəqələrinə zərbələr endirib
Yaxın Şərqdə vəziyyətin pisləşməsi və Hörmüz boğazı ətrafında davam edən gərginlik fonunda ABŞ ordusu İrana növbəti zərbələr endirib.
Oxuməni.az xəbər verir ki, bu barədə X-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın məlumatına görə, yeni zərbələr iyulun 20-də yerli vaxt ilə saat 21:00-da başa çatıb.
ABŞ qüvvələri İranın hərbi komandanlıq mərkəzlərinə, dəniz imkanlarına, raket və dronların buraxılış məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə hücum edib. CENTCOM bildirib ki, əməliyyatın məqsədi Tehranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumları davam etdirmək qabiliyyətini zəiflətməkdir.
İran son həftələrdə mülki və kommersiya gəmilərinə dəfələrlə hücumlar həyata keçirib və bu, ABŞ və müttəfiqlərinin cavab reaksiyasına səbəb olub.
Əziz MUSTAFA



















































































