Sankt-Peterburq yaxınlığında sənaye parkı yanır

Sankt-Peterburq yaxınlığında sənaye parkı yanır

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vsevolojsk şəhərində polimer materialları istehsal edən müəssisələrin yerləşdiyi Ladoqa Sənaye Parkının ərazisində irimiqyaslı yanğın baş verib. Oxuməni.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Vsevolojski prospekti 117, bina 1 ünvanında anbar və istehsalat binası yanıb. Yanğının sahəsi, rəsmi məlumata görə, təxminən 5900 kvadratmetrdir.

Sənaye parkının ərazisində bir neçə müəssisə, o cümlədən Terra-plast, Mixplast və Radiasiya Texnologiyaları Mərkəzi fəaliyyət göstərir. Yanğının səbəbi rəsmi olaraq açıqlanmayıb. Rusiya xidmətləri hadisənin şəraitinin müəyyən edildiyini bildirib.

Xatırladaq ki, ötən gecə Moskva yaxınlığında pilotsuz təyyarənin hücumundan sonra Podolskdakı neft anbarı və Domodedovodakı “Cənub qapısı” sənaye kompleksində anbar yanıb.

İyulun 19-da isə Rusiya Federasiyasının Moskva vilayətində pilotsuz təyyarələrin gecə hücumu nəticəsində Noginskdəki neft bazasında və Elektrostaldakı Wildberries logistika mərkəzində yanğınlar baş verib.

Əziz MUSTAFA