Rusiya iki italyan diplomatını ölkədən çıxardı

Rusiya iki italyan diplomatını ölkədən çıxardı

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliya hökumətinin casusluqda ittiham etdiyi iki Rusiya hərbi attaşesini ölkədən qovması qarşı tərəfi də analoji addım atmağa məcbur edib. Rusiya Xarici İşlər nazirliyi öz növbəsində İtaliyanın Moskvadakı səfirliyinin iki əməkdaşını ölkədən qovub.

Oxuməni.az-ın məlumatına görə, bu barədə İtaliya xarici işlər naziri Antonio Tajaninin açıqlamasında deyilir. Moskva Rusiyadakı İtaliya hərbi attaşesini və onun işçilərindən birini ölkədən çıxardı.

"Rusiya Federasiyası Moskvadakı İtaliya hərbi attaşesini və onun işçilərindən birini əsassız olaraq ölkədən çıxardı", - Tajani qeyd edib.

İtaliya xarici işlər naziri qeyd edib ki, Rusiyanın hərəkətləri iki Rusiya hərbi attaşesinin ölkədən çıxarılmasına cavabdır.

"Bu, İtaliyanın milli təhlükəsizliyimizə qarşı casusluqda ittiham olunaraq cinayət başında yaxalanan iki Rusiya hərbi attaşesini ölkədən çıxarmasına qarşı açıq-aşkar bir qisas aktıdır", - deyə o izah etdi.

Daha əvvəl İtaliya hökuməti Moskvaya məlumat ötürməkdə şübhəli bilinən iki keçmiş İtaliya kəşfiyyat zabitinin həbsindən sonra rusları ölkədən çıxarmaq qərarına gəlmişdi.

İtaliya hökumətinin məlumatına görə, bu şəxsləri Rusiya səfirliyindəki hərbi attaşelər casusluğa cəlb edib.

Əziz Mustafa