Pezeşkian Pakistan rəhbərliyinə vacib mesaj göndərib

Pezeşkian Pakistan rəhbərliyinə vacib mesaj göndərib

20 İyul 14:51
Bəyəndim (1) Bəyənmədim (0)

İranın daxili işlər naziri İsgəndər Mömini iyulun 20-də, bazar ertəsi birgünlük rəsmi səfərlə Pakistanın paytaxtına gələcək. Oxuməni. az xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.

Nəşrdə qeyd olunur: "Mömini prezident Pezeşkianın regionda cərəyan edən vəziyyət və İranla ABŞ arasında davam edən münaqişə ilə bağlı vacib mesajını çatdıracaq. Bu, Tehranın regional hadisələrlə bağlı İslamabadla sıx məsləhətləşmələr apardığını göstərir".

Nəşrin mənbələrinə görə, İran naziri nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq, həmçinin ölkənin ali rəhbərliyi ilə görüşəcək.

Almaz Həsənli