Moskva bölgəsinə hücum edən Ukrayna Silahlı Qüvvələrinin dronlarının mümkün buraxılış yeri açıqlandı
Moskvaya hücum edən Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiya ilə sərhəd bölgələrindən havaya qalxır.
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə hərbi ekspert Anatoli Matviyçuk aif.ru-ya verdiyi müsahibədəsində deyib.
"Dronlar Ukraynanın Rusiya ilə sərhəd bölgəsindən havaya qalxırlar. Buraya Sumı və Çerniqov bölgələri, eləcə də ehtimal ki, Xarkov bölgəsi daxildir", - deyə analitik bildirib.
Matviyçukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin dron hücumlarına cavab olaraq Rusiya düşməninn dron istehsalı zavodlarını tamamilə məhv etməlidir.
Ukrayna Silahlı Qüvvələrinin dronları 20 iyul gecəsi Moskva bölgəsinə hücum edib. Zərbə nəticəsində üç Çin vətəndaşı və bir uşaq da daxil olmaqla on nəfər yaralanıb.
Ukrayna dronları həmçinin Rusiyanın Domodedovodakı ən böyük "yaşıl" anbar kompleksi olan "Cənub Qapısı"na zərbələr endirib və nəticədə güclü yanğın başlayıb. Bundan əlavə dronlardan birinin zərbəsi çoxmənzilli binanın sonuncu mərtəbəsinə dəyib və onun fasadına zərər verib.
Əziz Mustafa



















































































