Macar "şahmat kraliçası"na Macarıstan prezidenti olmağı təklif edib
Macarıstanın baş naziri Péter Macar şahmat əfsanəsi Yudit Polqarı Macarıstanın yeni prezidenti vəzifəsinə təklif edib. O, bu təşəbbüsü barədə bazar günü məlumat verib və bazar ertəsi onunla şəxsən görüşərək yeni Konstitusiya qəbul olunana qədər dövlətə rəhbərlik etməyi təklif edəcəyini bildirib.
Oxuməni.az xəbər verir ki, Peter Macar öz planları barədə "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, prezident Tamaş Şuyokun səlahiyyət müddəti başa çatdıqdan sonra ölkəyə "hər bir macarın qürur duya biləcəyi" bir dövlət başçısı lazımdır.
Bu arada, Yudit Polqar hələlik təklifə ictimai reaksiya verməyib.
Macar bildirib ki, prezidentlik peşə və ya iş deyil, dövlətə xidmətin ən ali formasıdır. Onun fikrincə, Yudit Polqar Macarıstanın bütün vətəndaşlarının maraqlarını təmsil etmək, habelə birlik və sülhün möhkəmlənməsinə töhfə vermək iqtidarındadır.
Siyasətçi həmçinin vurğulayıb ki, Polqarın nüfuzu siyasi əlaqələrə deyil, onun istedadına, zəhmətkeşliyinə, müstəsna iş qabiliyyətinə və dürüstlüyünə əsaslanır.
Xatırladaq ki, Yudit Polqarın hazırda 49 yaşı var. O, tarixin ən böyük qadın şahmatçısı hesab olunur. O, 26 il ardıcıl olaraq qadınların dünya reytinqinə başçılıq edib, 15 yaşında isə o dövr üçün şahmat tarixində ən gənc qrossmeyster olub.
Almaz Həsənli


















































































