ABŞ İranla münaqişəni gərginləşdirməyə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrail tərəfini ölkəyə onlarla əlavə hərbi yanacaqdaşıyan təyyarənin göndərilməsi barədə məlumatlandırıb. Oxuməni. az xəbər verir ki, bu barədə Amerikanın və İsrailin mənbələrinə istinadən “Axios” nəşri yazır. Mənbələrin məlumatına görə, bu addım İrana qarşı hərbi əməliyyatların mümkün genişləndirilməsi ərəfəsində atılıb. Bildirilir ki, Tramp bununla bağlı əmri yaxın günlərdə verə bilər.
Hazırda Ben-Qurion və Ramon hava limanlarında artıq hər birində təxminən 30 ABŞ-a məxsus yanacaqdaşıyan təyyarə yerləşdirilib.
“İsrailli rəsmilər bildirirlər ki, ABŞ yaxın günlərdə daha bir neçə onlarla yanacaqdaşıyan təyyarə göndərməyi planlaşdırır və bununla onların sayı müharibənin əvvəlindəki səviyyəyə çatacaq”, – məqalədə qeyd olunur.
Bununla belə, göndərilməsi gözlənilən təyyarələrin dəqiq sayı açıqlanmayıb.
Analitiklərin fikrincə, mümkün eskalasiyanın məqsədi Tehrana elə bir təzyiq göstərməkdir ki, o, Hörmüz boğazını açmağa və ABŞ-ın nüvə proqramı ilə bağlı irəli sürdüyü tələbləri qəbul etməyə məcbur olsun.
Nəşr xatırladır ki, ABŞ hərbçiləri beş gün ardıcıl olaraq İrandakı hədəflərə zərbələr endiriblər. Amerikalı bir rəsmisinin sözlərinə görə, onlar Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyat mərkəzi hesab edilən Bəndər-Abbas şəhərinin ətrafındakı azı yeddi körpünü bombalayıblar.
Bununla yanaşı, ABŞ-ın daha genişmiqyaslı hərbi əməliyyatlara keçə biləcəyi də istisna edilmir. Buraya İranın kritik infrastrukturuna zərbələrin endirilməsi və nüvə obyektlərinə təkrar hücumların həyata keçirilməsi daxildir.
Hərbi planların müzakirəsi çərçivəsində, həmçinin kəşfiyyat məlumatlarına görə yeni nüvə imkanlarının yaradılması üçün istifadə oluna biləcəyi ehtimal edilən Pikaks dağındakı yeraltı obyektə bombardman endirilməsi də nəzərdən keçirilir.
Almaz Həsənli









































































.jpg)








