Tomas Anders Diter Bolenin “Modern Talking” qrupunun yenidən bir araya gəlməsi tələbini rədd edib
“Modern Talking” ulduzu Tomas Andersin keçmiş qrup yoldaşı Diter Bolen ilə səhnəyə qayıtmaq niyyəti yoxdur. Oxuməni. az xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında məlumat verib.
Yazıda Anders birgə geri dönüş ideyasının hazırda ona cəlbedici olmadığını vurğulayıb. O, pərəstişkarlarına duetə uzun müddətdir dəstək və sədaqətlərinə görə səmimi təşəkkür edib.
"Amma eyni zamanda, 23 il əvvəl ayrıldığımızdan bəri öz karyeramı uğurla qurduğum üçün xoşbəxtəm və qürur duyuram. Gözlərim bir çox yeni ideyalarla gələcəyə yönəlib", - sənətçi deyib.
Hələlik Anders etiraf edib ki, əsas diqqəti qarşıdan gələn Almaniya turuna yönəlib. O, həmçinin qeyd edib ki, solo çıxışları üçün ikonik “Modern Talking” hitlərini həmişə set siyahılarına daxil edir. Yazını yekunlaşdıran müğənni Bolenə gələcək layihələrində uğurlar arzulayıb.
Bir gün əvvəl Bolen “Modern Talking” qrupunu dirçəltmək niyyətində olduğunu açıqlayıb. O, artıq bunu Andersə təklif etdiyini qeyd edib. Müsahibədə uzun müddətdən sonra ilk dəfə olaraq Bolen keçmiş həmkarını tənqid etməyib və aralarındakı fikir ayrılıqlarının keçmişdə qaldığını qeyd edib.
Xatırladaq ki, “Modern Talking” 1984-cü ildə Qərbi Berlində təsis edilib. Elə həmin il çıxan ilk sinqlları olan "You're My Heart, You're My Soul" onlara dünya miqyasında şöhrət qazandırdı. Qrup 1987-ci ildə dağılıb, lakin 1998-ci ildə yenidən birləşib və 2003-cü ilə qədər birlikdə işləməyə davam edib.
Almaz Həsənli









































































.jpg)








