Polşa Prezidenti eynicinsli ittifaqları leqallaşdıran qanunu bloklayıb
Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli ittifaqların leqallaşdırılmasına imkan verəcək "yaxın şəxs statusu" haqqında qanun layihəsini imzalamayıb.
Oxuməni.az xəbər verir ki, Navrotski "X" platformasındakı rəsmi hesabında paylaşdığı videomüraciətində bildirib: "İndi isə razılığımı almayan və prezidentin veto hüququndan istifadə etməli olduğum qanunlara keçirəm. Onlar ikidir. İttifaqda yaxın şəxs statusu və qarşılıqlı yaşayış müqaviləsi haqqında qanun, habelə giriş müddəalarını özündə ehtiva edən qanun".
"Bu qanun layihələri ailə hüququnda ər-arvad hüquqlarına yaxın geniş hüquqlar spektrinə malik yeni formallaşdırılmış institut yaradır. Nikahın nəzərdə tutduğu tam öhdəliklər siyahısı olmadan, başqa ad altında nikaha hüquqi yol açılır", - deyə Navrotski vurğulayıb. "Konstitusiyanın qarantı kimi, mən Konstitusiyanın 18-ci maddəsində kişi və qadın ittifaqı kimi təsvir edilən və Polşa Respublikasının müdafiəsi və qayğısı altında olan nikahın xüsusi statusunun itirilməsinə səbəb olacaq qərarları təsdiq edə bilmərəm", - deyə o əlavə edib.
Almaz Həsənli


































































.jpg)

.jpg)


.jpg)










