Tramp Çini ABŞ-da 2020-ci il seçkilərinə müdaxilə etməkdə ittiham edib
Tramp öz çıxışında ölkənin seçki sistemindəki "şok edici boşluqlardan" danışıb və kəşfiyyat məlumatlarının məxfilikdən çıxarıldığını bildirib. Bu məlumatlara görə, Çin 220 milyon amerikalı seçicinin məlumatlarına çıxış əldə edib. Oxuməni. az “Deutsche Welle”yə istinadla xəbər verir ki, Trampın canlı yayımda çıxışı iyulun 17-si, cümə gününə keçən gecə baş tutub. Çıxışın yazısı Ağ Evin YouTube kanalında dərc olunub.
"2020-ci il seçki kampaniyasından başlayaraq bir neçə il ərzində ÇXR tarixdə ən böyük seçki məlumatlarının sızması hesab edilən bir əməliyyat həyata keçirib", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, Çin hakimiyyətinin əlinə amerikalı seçicilərin adları, ünvanları, telefon nömrələri, partiya mənsubiyyəti və digər məlumatları keçib. Tramp qeyd edib ki, bu cür məlumatlar "satın alınıb, oğurlanıb və ya haker hücumları yolu ilə əldə edilib".
Seçki sisteminin qüsurlarından danışan Tramp, həmçinin bildirib ki, dörd ştatda ABŞ vətəndaşlığı olmayan təxminən 278 min nəfər seçici kimi qeydiyyata alınıb.
Tramp xüsusi olaraq qeyd edib ki, Çin əldə etdiyi iddia edilən seçici məlumatlarından, o cümlədən onun demokrat Co Baydenə məğlub olduğu 2020-ci il prezident seçkilərinə təsir etmək üçün istifadə edib. Amerika liderinin sözlərinə görə, ÇXR onun məğlubiyyətinə nail olmağa çalışıb; buna real səslərin dəyişdirilməsi və onun haqqında mənfi yazan jurnalistlərin ələ alınması da daxildir. Tramp iddia edib ki, Çin onun haqqında daha çox mənfi məqalələrin dərc olunması üçün "külli miqdarda pul ödəyib".
Amerika lideri iddia edir ki, ÇXR onun seçkilərdə məğlub olmasını istəyirdi, çünki o, ölkəyə qarşı milyardlarla dollarlıq tariflər tətbiq etməyi və "dünyanın ən güclü ordusunu" qurmağı planlaşdırırdı. Bununla yanaşı, Tramp qeyd edib ki, ABŞ seçki sistemindəki boşluqlardan təkcə Çin deyil, həm də Rusiyanın, İranın, Şimali Koreyanın və bəzi "qeyri-dövlət qruplarının" da daxil olduğu digər "rəqiblər" istifadə edə bilər.
Tramp səsləndirilən məlumatların gizlədilməsində ABŞ xüsusi xidmət orqanlarındakı "dərin dövlət" (deep state) nümayəndələrini ittiham edib. O, onların "Çinin seçkilərə bədniyyətli müdaxiləsinin miqyası haqqında məlumatları fəal şəkildə yatırdıqlarını və kiçiltdiklərini, həm prezidentdən, həm də Amerika xalqından gizlətdiklərini" bildirib.
Tramp deyib: "Bu gün Milli Kəşfiyyat Direktorunun Ofisini, Ədliyyə Nazirliyini, FTB-ni və Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) bu həssas məlumatın necə və niyə gizlədildiyini araşdırmağa; ört-basdır edilməsində iştirak edənləri işdən çıxarmağa; və zəruri hallarda məsul şəxslərə qarşı cinayət ittihamları irəli sürməyə çağırıram".
Almaz Həsənli
























































.jpg)

.jpg)


.jpg)





















