ABŞ Ordusu İranda hava Limanlarına və körpülərə zərbələr endirib
ABŞ Ordusu İrana qarşı yeni hərbi əməliyyatlar dalğası elan etdikdən sonra ölkənin cənub və cənub-şərq bölgələrindəki strateji logistika məntəqələrinə hücum edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirliyinin məlumatında deyilir. Hava zərbələri İranşəhr Hava Limanına, Həmidiyyə şəhərinə və Bəndər Abbasdakı əsas nəqliyyat körpüsünə endirilib; zərbə anı və nəticədə dəyən ziyan videoya çəkilib. Hücumlarda ən azı yeddi nəfərin yaralandığı bildirilir.
ABŞ Ordusu İrana qarşı yeni hücum dalğası elan edib və bu hücumlar İranşəhr Hava Limanına, Həmidiyyə şəhərinə və Bəndər Abbasdakı körpüyə edilən hücumlardan sonra baş verib.
Fars xəbər agentliyinin məlumatına görə, ABŞ ordusu İranşəhr (Sistan-Bəlucistan əyaləti) və Həmidiyyə (Xuzistan əyaləti) hava limanına zərbələr endirib.
Mehr xəbər agentliyi Bəndər Hamir-Bəndər Abbas magistral yolundakı əsas körpünün hədəfə alındığını bildirib.
Əziz MUSTAFA














































.jpg)

.jpg)


.jpg)































