Rusiya XİN Azərbaycanın xarici işlər nazirinin qarşıdan gələn səfərini şərh edib
Rusiya Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qarşıdan gələn səfərini ölkələr arasında dialoqun davamı kontekstində qiymətləndirir. Oxuməni. az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramovun Moskvaya rəsmi səfəri iyulun 16-17-də baş tutacaq. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə etməyi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual məsələləri ətrafında fikir mübadiləsi aparmağı planlaşdırırlar.
Nazirliyin səfərlə bağlı şərhində deyilir: "C.A.Bayramovun qarşıdan gələn səfərini Rusiya-Azərbaycan etibarlı siyasi dialoqunun davamı və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçiririk".
XİN Bakını Moskvanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı adlandırıb. Nazirlikdən əlavə ediblər ki, ölkələr arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda ardıcıl şəkildə inkişaf edir.
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərin normallaşdığını bəyan edib.
Almaz Həsənli



































.jpg)

.jpg)


.jpg)










































