ABŞ İranın hava hücumundan müdafiə, komandanlıq mərkəzləri və digər hərbi obyektlərinə zərbələr endirib
16 iyul gecəsi ABŞ İrana yenidən zərbələr endirib. Nəticədə Tehranda müxtəlif hərbi qurğular və İran limanlarına doğru gedən bir tanker məhv edilib.
Oxuməni.az -ın verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial mediada paylaşdığı paylaşımında deyilir.
"Bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək qabiliyyətini daha da zəiflətdi", - deyə açıqlamada bildirilir.
Bundan əlavə, hücumlar zamanı ABŞ Fars körfəzindəki İran limanına üzməyə çalışan boş neft tankerinə zərbə endirdi.
"CENTCOM, Kürəsao bayrağı altında üzən M/T Belma gəmisini beynəlxalq sulardan Xarq adasına gedərkən izlədi. Ticarət gəmisi ABŞ blokadasını pozmağa cəhd edərkən çoxsaylı xəbərdarlıqlara məhəl qoymadı. ABŞ təyyarəsi gəminin hunisinə Hellfire raketləri ataraq onu sıradan çıxardı", - deyə məlumatda qeyd olunur.
Əziz MUSTAFA






.jpg)








.jpg)
.jpg)


































































