Cənubi Koreya prezidenti yeganə mənzilini satıb

Cənubi Koreya prezidenti yeganə mənzilini satıb

14:57
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreya prezidenti Li Çje Myon yeganə mənzili üçün alıcı tapıb. O, bu satışdan əldə etdiyi vəsaitlə hökumətin daşınmaz əmlak bazarını sabitləşdirməyə yönəlmiş kampaniyasını dəstəkləmək qərarına gəlib. Oxuməni. az xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti yazıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən siyasətçi: "Artıq evim yoxdur", - deyə bildirib.

Prezident administrasiyasından təsdiqləyiblər ki, satışla bağlı ilkin müqavilə imzalanıb və sövdələşmə yaxın vaxtlarda yekunlaşacaq. Mənzil prezidentə və birinci xanım Kim Xe Gyon-a birgə məxsus idi. Hazırda cütlük Seulun Hannamdon rayonundakı rəsmi iqamətgahda yaşayır.

Prezident Seulun yaxınlığında yerləşən nüfuzlu Sonnam şəhərindəki daşınmaz əmlakını fevral ayında satışa çıxarmışdı. Siyasətçi daşınmaz əmlak bazarındakı spekulyasiyalar və mənzil qiymətlərinin sürətlə artması ilə mübarizə çərçivəsində Cənubi Koreyanın vergi və maliyyə siyasətinə yenidən baxmaq planlarını bəyan etmişdi.

Almaz Həsənli