Macarıstan NATO müttəfiqlərinin etibarını bərpa etməyi planlaşdırır
Müdafiə naziri müttəfiqlərin etibarını bərpa etməyin və Moskvadan məsafəni artırmağın vacibliyini bildirdi.
Budapeşt NATO müttəfiqlərinin etibarını bərpa etmək niyyətindədir və "ruslara qapını bağlayır".
Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Szendinin açiqlamasında deyilir..
Nazir ölkənin gələcək təhlükəsizlik siyasətini şərh edərkən vurğulayıb: "Biz ruslara qapını bağlayırıq".
Yeni hökumət müdafiə strategiyasını formalaşdırarkən həm ölkənin özünün, həm də müttəfiqlərinin maraqlarını və dəyərlərini nəzərə almalıdır.
Rusin-Szendi Macarıstanın NATO tərəfdaşlarının etibarını bərpa etməli olduğunu vurğuladı. O, Alyansa daxil olması əvvəlki Macarıstan hökuməti tərəfindən təxirə salınan Finlandiya ilə bağlı vəziyyəti nümunə kimi göstərdi. Nazir bu mövqeyi qəbuledilməz adlandırdı.
Rəsmi şəxsin sözlərinə görə, Rusiya kəşfiyyat xidmətləri "arxa qapıdan girməyə" çalışırdılar və buna görə də hökumət Moskvanın fəaliyyətini yaxından izləyir.
O, Budapeştin 2017-ci ildə başlayan hərbi modernləşdirməni davam etdirəcəyinə əminlik verib. O əlavə edib ki, hazırkı hökumətin məqsədi onilliklər boyu inkişaf etməmiş ölkənin müdafiə qabiliyyətini bərpa etməkdir.
Macarıstan Avropa müdafiə şirkətləri ilə yeni müqavilələr bağlamağı planlaşdırır və onları ölkədə istehsal müəssisələri yaratmağa təşviq edir.
NATO-nun müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyinə gəldikdə, nazir bildirib ki, Macarıstan bu hədəfə 2035-ci ilə qədər çatacaq.
Macarıstan əvvəllər Rusiyanın bir neçə şəhərində Şengen vizası müraciətlərinin qəbulunu dayandırmışdı.
Xatırladaq ki, doqquz Avropa İttifaqı ölkəsi, eləcə də İslandiya və Norveç Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini sərtləşdirmək üçün Avropa Komissiyasına müraciət edib.
Əziz Mustafa


.jpg)










.jpg)

.jpg)



































































