Ölkədəki silahlı qruplar sentyabrın sonuna qədər tərksilah ediləcək
İraqdakı qeyri-hökumət silahlı qrupları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq alyansın ölkəni tərk etməsi gözlənilən 30 sentyabra qədər tərksilah ediləcək. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə Baş nazir Əli əl-Zeydi müvafiq açıqlama ilə çıxış edib.
"30 sentyabrdan sonra İraqda silahlı qrupların mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəni müstəqil şəkildə müdafiə etməyə qadirdir", - əl-Zeydi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşündə vurğulayıb. İraq Baş nazirinin sözləri INA xəbər agentliyi tərəfindən yayılıb.
Əl-Zeydi həmçinin bəzi qrupların artıq respublika hakimiyyətinə "külli miqdarda silah" təhvil verdiyini bildirib, lakin hansı konkret qruplardan bəhs etdiyini və ya hansı silah növlərinin dövlət nəzarəti altına keçdiyini dəqiqləşdirməyib.
Əziz Mustafa



















































































