Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır

Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır

16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyalı jurnalist Kosti Heiskanenin sözlərinə görə, Finlandiya uzun müddətdir Rusiya ilə hərbi münaqişəyə hazırlaşır və 80 ildən çoxdur ki, aktiv şəkildə bomba sığınacaqları tikir. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə TASS-ın verdiyi xəbərdə deyilir.

Nəşrin qeyd etdiyinə görə, Finlandiya uzun müddətdir ki, Rusiya ilə tammiqyaslı qarşıdurmaya hazırlaşır. O qeyd edib ki, İkinci Dünya Müharibəsindən bəri ölkə 4,8 milyon təxliyə yeri olan 50.000-dən çox müxtəlif sığınacaq və bomba sığınacağı tikib.

"Üzgüçülük hovuzları, saunalar, lüteran kilsəsi, məscid və digər dini yerlər kimi sığınacaq yerləri də var", - deyə məlumatda bildirilir..

Daha əvvəl fin analitiki Sakari Linden bildirib ki, Finlandiya NATO qoşunlarının Laplandiyaya yerləşdirilməsi səbəbindən Rusiya ilə müharibə riski altındadır.

Əziz Mustafa