NYT: İranın keçmiş prezidenti Əhmədinejad Mossadla əlaqələrinə görə həbs olunub

NYT: İranın keçmiş prezidenti Əhmədinejad Mossadla əlaqələrinə görə həbs olunub

07:52
Bəyəndim (1) Bəyənmədim (0)


İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail kəşfiyyat agentliyi Mossadla əlaqələrinə görə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi tərəfindən həbs olunub. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə 13 iyulda The New York Times (NYT) nəşrinin mənbələrə istinadən yaydığı məlumatda deyilir.

"Əhmədinejad İİKK-nın kəşfiyyat bölməsinin nəzarətindədir, ev dustaqlığındadır, çünki İran onun İsraillə çoxsaylı əlaqələrindən xəbər tutub", - deyə nəşr bildirir.

Qəzetin məlumatına görə, Mossad bir ildir ki, keçmiş İran prezidenti ilə gizli şəkildə əlaqə qurur və onun respublikanın siyasi gələcəyindəki mümkün rolunu istisna etmir.

İsrailin keçmiş İran prezidentinin mətbuat katibi Əkbər Cavanfekri maliyyələşdirdiyi iddia edilir. Nəşrin məlumatına görə, 28 fevralda Tehrana hücumdan sonra Əhmədinejad Mossad agentləri tərəfindən təhlükəsiz yerə aparılıb, lakin sonradan naməlum şəraitdə tərk edilib.
NYT həmin gün İsrail kəşfiyyat xidmətlərinin bir neçə ildir keçmiş İran prezidentini gətirmək üçün əməliyyat planlaşdırdığını bildirib. ABŞ rəsmilərinin sözlərinə görə, son illərdə İsrail Əhmədinejadın yaşayış yeri və xaricə səyahət xərclərini gizli şəkildə ödəyib və İsrail əməliyyatçıları onunla Budapeştə səfərləri də daxil olmaqla, bir neçə dəfə xaricdə görüşüblər.

Qəzet həmçinin 19 mayda İranla müharibənin lap əvvəlində Vaşinqton və Təl-Əvivin Əhmədinejadın hakimiyyətə gəlməsi üçün onu ev dustaqlığından azad etməyə çalışdığını bildirib. İsrail keçmiş prezidentin qaldığı mənzilə hücum edib, lakin əməliyyat uğursuz olub. Əhmədinejad yaralanıb, lakin sağ qalıb və rejim dəyişikliyi ideyasından məyus olub.

Əziz MUSTAFA