Tramp İranda hərbi əməliyyatların yenidən başlaması barədə ABŞ Konqresini rəsmi olaraq xəbərdar etdi
ABŞ prezidenti Donald Tramp Konqresə İranda hərbi əməliyyatların yenidən başlaması barədə rəsmi olaraq məlumat verib. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə The New York Times qəzetinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Tramp İranda hərbi əməliyyatların yenidən başlaması barədə ABŞ Konqresini rəsmi olaraq xəbərdar etdi
Nəşr qeyd edir ki, "Cümə günü Konqres liderlərinə göndərdiyi məktubda prezident 7 iyulda Amerika qüvvələrinin "İran daxilindəki hədəflərə qarşı müdafiə zərbələri" endirdiyini yazıb".
Daha əvvəl Tramp ABŞ-ın İrana qarşı yeni tədbir olaraq Hörmüz boğazını nəzarətə götürdüyünü açıqlamışdı. Ağ Ev rəhbəri həmçinin ABŞ və İranın 12 iyulda danışıqlar apardığını və razılığa gəldiyini bildirib. O, danışıqların Tehranın razılaşmaya düzəliş tələb etməsi səbəbindən baş tutmadığını bildirib.
Əziz MUSTAFA


















































































