Argentina 2026-cı il Dünya Çempionatında İngiltərə ilə oyundan əvvəl Folklend adalarının qaytarılmasını tələb edir
Argentina xarici işlər naziri Pablo Kirno Folklend (Malvin) adalarının mənsubiyyəti ilə bağlı yeni danışıqlara başlanılmasını tələb edərək, adaların Böyük Britaniyanın tərkibində olmasını "qanunsuz işğal" adlandırıb. Məmur müvafiq esseni Argentina və İngiltərə yığmaları arasında keçiriləcək 2026-cı il Dünya Çempionatının yarımfinal matçından bir neçə gün əvvəl "La Nacion" nəşrində dərc etdirib. Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Kirno öz məqaləsində arxipelaqın yerli əhalisini "süni şəkildə yerləşdirilmiş" kimi xarakterizə edib. 1982-ci il Folklend münaqişəsi tarixi olaraq iki yığma arasındakı futbol rəqabətinin katalizatoru hesab olunur. 1986-cı il Dünya Çempionatında Dieqo Maradona vurduğu qolu 649 argentinalı və 255 britaniyalı hərbçinin həyatına son qoyan silahlı münaqişədə Argentinanın məğlubiyyətinə "simvolik qisas" adlandırmışdı.
Daha əvvəl Argentina yığmasının oyunçuları 2026-cı il Dünya Çempionatının 1/4 finalında İsveçrəyə qalib gəldikdən sonra soyunub-geyinmə otağında "Muchachos" mahnısının dəyişdirilmiş mətnini oxuyaraq və tullanaraq qələbəni qeyd etmişdilər.
"Və 32 il sonra "La Skaloneta" On nömrənin əlindən alınan kuboku, bizə qaldırmağa icazə verilməyən o kuboku geri qaytaracaq. Mən dördüncü ulduzun köynəkdə parladığını görmək istəyirəm. Mən beşiyimdən məzarımadək argentinalıyam – Malvinlər üçün, Dieqo üçün, Leonun son fəsli üçün. Argentina, sənin titulunu qoruduğunu görmək istəyirəm", - deyə Argentina yığmasının oyunçuları soyunub-geyinmə otağında şüarlar səsləndiriblər.
Almaz Həsənli


















































































