Banqkokda baş verən yanğın nəticəsində 27 nəfər ölüb

Banqkokda baş verən yanğın nəticəsində 27 nəfər ölüb

10:27
Bəyəndim (1) Bəyənmədim (0)

Banqkokun şimalındakı pabda baş verən güclü yanğın nəticəsində azı 27 nəfər ölüb, daha 63 nəfər isə xəsarət alıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Faciə Tailand paytaxtının şimalındakı Çatuçak rayonunda, məşhur eyniadlı bazarın yaxınlığında baş verib. İlkin məlumatlara görə, yanğın başlamazdan əvvəl müəssisədə partlayış olub. Hadisənin səbəbləri araşdırılır.

Agentliyin məlumatına görə, xüsusi xidmət orqanları hadisə yerinə çatana qədər yanğın artıq bütün binanı bürüyüb. Fövqəladə hallar əməkdaşları tərəfindən sosial şəbəkələrdə yayılan kadrlarda nəhəng alovun müəssisənin giriş qapısından çıxdığı görünür.

Ölkənin Baş naziri hadisə yerində jurnalistlərə açıqlamasında 27 nəfərin həlak olduğunu, daha bir neçə nəfərin isə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. O, yanğının səbəbinin araşdırıldığını bildirib.

Almaz Həsənli