ABŞ İrana yeni zərbələr endirib, partlayış səsləri eşidilib
Prezident Donald Trampın əmri ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana daha bir sıra zərbələr endirib. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə 13 iyul gecəsi X sosial media platformasında CENTCOM-un paylaşımında bildirilib.
Qeyd olunur ki, ABŞ qüvvələri Hörmüz boğazında gəmilərə İranın hücumlarını dayandırmaq üçün əlavə zərbələr endirir.
"Bu gün saat 17:00-da (Bakı vaxtı ilə 01.00) CENTCOM qüvvələri Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı yeni zərbələr endirib", - deyə açıqlamada bildirilir.
Mərkəzi Komandanlıq (CENTCOM) qeyd edib ki, baş komandan zərbələrə "İran qüvvələrini məsuliyyətə cəlb etmək" əmri verib.
İran mediası bildirib ki, İranın cənubunda, Bəndər Abbas və Sirik şəhərləri yaxınlığında partlayış səsləri eşidilib.
12 iyul gecəsi İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında ticarət gəmisinə xəbərdarlıq atəşi açıb və gəminin bağlandığını elan edib. Buna cavab olaraq ABŞ ordusu bir həftə ərzində İran ərazisinə üçüncü zərbələr seriyasına başlayıb.
Əziz Mustafa


















































































