Almaniyada iki dəmir yolu yanğını baş verib
Almaniyada Düsseldorf və Köln arasında dəmir yolunda iki yanğın baş verib, siqnal kabellərinə zərər verib və qatar xidmətində fasilələrə səbəb olub. Tagesschau-nun məlumatına görə, solçu radikal qrup Kommando Angry Birds hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
"İnternetdə Kommando Angry Birds qrupunu günahlandıran bir açıqlama yayılıb. Onlar Leverkuzenin şimalındakı dəmir yolu xəttindəki təxribatın arxasında olduqlarını iddia edirlər", - deyə nəşr bildirib.
Deutsche Bahn-ın məlumatına görə, yanğınlardan biri Vupper çayı üzərindəki dəmir yolu körpüsünün yaxınlığında, ikincisi isə Langenfelddə baş verib.
Radikal solçu qrup öz bəyanatında iki kabel şaxtasına yandırıcı qurğuların yerləşdirilməsi barədə ətraflı məlumat verib və "texnoloji-sənaye sisteminin tamamilə məhv edilməsini" hədəflədiklərini bildirib.
Köln polisi hadisəni araşdırır.
Kommando Angry Birds qrupu əvvəllər dəmir yolu infrastrukturuna edilən hücumlarda iştirak etdiyini iddia edib.
Əziz Mustafa




























































.jpg)


.jpg)
.jpg)
















