Nyu-Yorkda əkiz qüllələrin yerində yeni göydələn tikilir
Nyu-Yorkda dağıdılmış əkiz qüllələrin yerində bərpa olunan kompleksin sonuncu ofis göydələni olan İkinci Ümumdünya Ticarət Mərkəzinin tikintisinə start verilib. Oxuməni.az xəbər verir ki, bu barədə inbusiness.kz məlumat yayıb.
"American Express"-in yeni qərargahı Aşağı Manhetten rayonunun yenidənqurma işlərinin yekun elementi olmalıdır. Təməlqoyma mərasimi 11 sentyabr 2001-ci il terror aktlarının 25-ci ildönümünə iki aydan az vaxt qalmış, iyulun 9-da baş tutub.
Tədbirdə Nyu-Yorkun meri Zoran Mamdani, şəhər şurasının spikeri Culi Menin və nəzarətçi Mark Levin iştirak ediblər. Mamdani Ümumdünya Ticarət Mərkəzinin ərazisini "müqəddəs torpaq" adlandırıb və bildirib ki, yeni layihə şəhərin faciədən sonra dirçəlişini simvolizə edir.
"Qüllələrin yıxılmasından və minlərlə insanın ölümündən sonra şəhərimiz matəmə qərq oldu. Lakin illər keçdikcə əzəmət geri qayıtdı", - deyə mer bildirib.
Onun sözlərinə görə, göydələnin tikintisi 3200-dən çox iş yeri yaradacaq, Nyu-York iqtisadiyyatına təxminən 5,9 milyard dollar, ştatın büdcəsinə isə 6,3 milyard dollar gəlir gətirəcək.
İkinci Ümumdünya Ticarət Mərkəzi 55 mərtəbəli şüşə qüllə olacaq. Binada 10 minə qədər əməkdaş işləyə biləcək. Layihə, həmçinin bir akrdan çox açıq terras və bağları da nəzərdə tutur.
Almaz Həsənli













































.jpg)


.jpg)
.jpg)


















.jpg)
.jpg)

.jpg)


.jpg)






