Hürriyet: Türkiyə Rusiyanın S-400 sistemlərini Körfəz ölkələrindən birinə satıb
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemləri Körfəz ölkələrindən birinə satılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
"Əldə etdiyim məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Sövdələşmə ilə bağlı bu gün (10 iyul - red.) rəsmi açıqlama veriləcək. S-400-lər Körfəz ölkələrindən birinə göndərilir. Dünən bəzi problemlərin aradan qaldırılması istiqamətində işlər aparılırdı və gecə yarısına qədər onların həll edildiyi bildirilir. Bəziləri Birləşmiş Ərəb Əmirliklərinin, digərləri isə Qətərin adını çəkir, ən yaxşısı rəsmi açıqlamanı gözləməkdir", - deyə qəzetin köşə yazarı Əbdülqadir Səlvi yazıb.
Türkiyə hakimiyyəti hələlik bu xəbərlə bağlı şərh verməyib.
Bir gün əvvəl həmin qəzet Ankaranın ABŞ-ın CAATSA sanksiyalarından çıxmaq və yeni nəsil F-35 qırıcılarının istehsalı proqramına geri qayıtmaq üçün ABŞ-ı qane edəcək hüquqi formul axtardığını, bu səbəbdən də zenit-raket sistemlərinin Körfəz ölkələrindən birinə satılması məsələsinin müzakirə olunduğunu yazmışdı. "Oksijen" qəzeti isə öz növbəsində S-400-lərin mümkün alıcısı kimi BƏƏ-ni göstərib.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 sistemlərinin tədarükü ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıb. Sövdələşmənin dəyəri təxminən 2,5 milyard dollar təşkil edib, ilk komplekslər 2019-cu ilin yayında çatdırılıb. Bundan sonra Vaşinqton Ankaranı beşinci nəsil F-35 qırıcılarının yaradılması proqramından çıxarıb və 2020-ci ilin dekabrında ona qarşı CAATSA ("Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə qarşıdurma haqqında" qanun) çərçivəsində sanksiyalar tətbiq edib.
Almaz Həsənli

































.jpg)


.jpg)
.jpg)


















.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)












