Putinə qarşı üsyanla hədələyən hərbçi Aleksandr Lunin 11 günlük həbsdən sonra azadlığa buraxılıb
Vladimir Putinə müraciət edərək onu üsyanla hədələyən hərbçi Aleksandr Lunin 11 günlük inzibati həbsdən sonra azadlığa çıxıb. Oxuməni.az “Meduza” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib və "Agentstvo" nəşrinə bunu təsdiqləyib.
Jurnalistlərə məlum olub ki, Lunin iyulun 8-də Voronej vilayətindəki xüsusi saxlanma yerindən çıxıb. İyulun 9-na keçən gecə onun sosial şəbəkə hesablarında "bir az arıqladığını, saqqal saxladığını, amma hər şeyin qaydasında olduğunu" bildirdiyi bir video yayımlanıb. Onun sözlərinə görə, o, artıq Moskvaya çatıb.
Bir gün əvvəl Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin rəhbəri, şikayətçi Vitali Borodin özünün "Telegram" kanalında hərbçi ilə birgə fotosunu paylaşıb. Borodin, "Aleksandr Lunin sağ-salamatdır, hər şey qaydasındadır. Biz bütün bu müddət ərzində onun yanında olmuşuq", - deyə bildirib.
Almaz Həsənli







.jpg)
.jpg)









.jpg)















.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)










.jpg)
.jpg)
.jpg)























