Tramp əmindir ki, bütün NATO ölkələri tezliklə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artıracaqlar
ABŞ Prezidenti Donald Tramp əmindir ki, müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə hələ razılığa gəlməyən NATO ölkələri tezliklə bunu edəcəklər. O, bunu Şimali Atlantika Alyansı sammitindən sonra Ankarada keçirilən mətbuat konfransında bildirib.
"Əksər ölkələr buna razılıq verib. Bir neçə ölkə razılıq verməyib, amma mən hiss edirəm ki, onlar da tezliklə razılıq verəcəklər", - deyə Amerika lideri bildirib.
O, hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib. Tramp son həftələrdə hərbi xərcləri artırmaqdan imtina etdiyinə görə İspaniyanı sərt tənqid edib.
Keçən il Hollandiyada keçirilən NATO sammitindən danışan Tramp qeyd edib: "İllik müdafiə xərclərini artırmaq üçün görünməmiş razılaşmalar əldə etdik və ÜDM-in payını 2%-dən 5%-ə çatdırdıq. Yalnız bir neçı ölkə bunun mümkün olmadığını dedi. İndi isə onlar mənə minnətdarlıqlarını bildirirlər."
Keçən ilin iyun ayında Haaqa şəhərində keçirilən NATO sammitindən sonra verilən kommunikedə bildirilirdi ki, ittifaq liderləri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər ki, bu da müdafiə infrastrukturunun inkişafı üçün 1,5%-i və Ukraynaya hərbi təchizatı əhatə edəcək.
Əziz Mustafa


.jpg)
.jpg)









.jpg)











.jpg)
.jpg)
.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)










.jpg)
.jpg)
.jpg)

















.jpg)















