Pezeşkian ABŞ-ın zərbələrindən sonra dərhal Tehrana qayıdıb

Pezeşkian ABŞ-ın zərbələrindən sonra dərhal Tehrana qayıdıb

16:23
Bəyəndim (1) Bəyənmədim (0)

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana qarşı hücumlarının bərpasından sonra İraqı dərhal tərk edərək Tehrana qayıdıb. Oxuməni.az xəbər verir ki, bu barədə dövlət telekanalı IRIB məlumat yayıb.

Pezeşkian İraqa səfərini başa vurduqdan sonra çərşənbə günü səhər erkən saatlarda İraqın Nəcəf şəhərindən ayrılıb.

Pezeşkianın geri qayıtması ABŞ-ın İrana zərbələr endirməyə başlamasından sonra baş verib.

Daha əvvəl İran prezidenti İranın keçmiş ali rəhbəri Əli Xameneinin cənazəsinin gətirildiyi Nəcəf şəhərinə gəlmişdi.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, silahlı qüvvələr İranın Hörmüz boğazında tankerlərə etdiyi son hücumlara cavab olaraq İrandakı hədəflərə zərbələr endirir.

İran dövlət televiziyasının məlumatına görə, İranın Bəndər-Abbas və Sirik liman şəhərlərində, eləcə də Hörmüz boğazındakı Keşm adasında güclü partlayışlar baş verib.

Məlumata görə, mərmilər Sirikdəki ticarət körpüsünə, Ziarat kəndindəki balıqçı körpüsünə və Bəndər-Abbasdakı mülki balıqçı gəmilərinə düşüb.

IRIB-in məlumatına görə, Sirikdəki körpüyə endirilən zərbə nəticəsində bir neçə nəfər yaralanıb.

Almaz Həsənli