Qazaxıstan Konstitusiya Məhkəməsi Tokayevin prezidentlik müddətini sıfırladı
Qazaxıstan Konstitusiya Məhkəməsi ölkənin yeni konstitusiyasının qəbul edilməsinin prezident Kasım-Jomart Tokayevin və digər vəzifəli şəxslərin prezidentlik müddətlərinin sayını sıfırladığına qərar verib. Oxuməni.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin rəsmi saytıntda ölkənin əsas qanununun izahında bildirilir.
Bu o deməkdir ki, artıq 73 yaşlı Tokayev yenidən prezidentliyə namizəd ola bilər və seçkilərdə qalib gələcəyi təqdirdə, bu, onun birinci müddəti hesab olunacaq.
Qazaxıstanın yeni qəbul edilmiş Əsas Qanununa görə, prezident yeddi illik müddətə yalnız bir dəfə seçilir.
Məhkəmənin qərarında deyilir: "2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra [vəzifəli] şəxslərin müvafiq vəzifələrə təyin edilməsi birinci seçilmə və ya təyin olunma kimi qiymətləndirilir".
Tokayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edən və beş dəfə prezident seçkilərində qalib gələn Nursultan Nazarbayevin istefasından sonra keçirilən növbədənkənar seçkilərdə qalib gəldiyi 2019-cu ildən prezident vəzifəsini tutur.
2022-ci ildə Tokayev yenidən növbədənkənar prezident seçkilərində iştirak edib.
Həmin seçkilər Qazaxıstan konstitusiyasına dövlət başçısının səlahiyyət müddətinin yeddi il olması, lakin bu vəzifəni yalnız bir dəfə tuta bilməsi ilə bağlı düzəlişlər edildikdən sonra təyin olunmuşdu. Tokayev səslərin 80%-dən çoxunu toplayaraq həmin seçkilərdə qalib gəlmişdi.
Tokayevin səlahiyyət müddəti 2029-cu ildə başa çatmalıdır. Lakin o, müddətlərin sıfırlanmasından istifadə edərsə, 2036-cı ilə qədər Qazaxıstana rəhbərlik edə bilər.
Bununla belə, bir il əvvəl, 2025-ci ilin iyununda "Al Jazeera" telekanalına müsahibəsində Tokayev 2029-cu ildə yenidən prezidentliyə namizəd olmayacağını bildirmişdi.
Qeyd edək ki, 2026-cı ilin martında Qazaxıstanda konstitusiyaya yeni dəyişikliklərlə bağlı referendum keçirilib. Seçki komissiyasının məlumatına görə, seçicilərin 87%-dən çoxu yeni Əsas Qanunu dəstəkləyib. Yeni konstitusiya iyulun 1-də qüvvəyə minib. Əsas dəyişikliklər ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin tətbiqi, həmçinin vitse-prezident vəzifəsinin bərpasıdır.
Almaz Həsənli



.jpg)









.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)

.jpg)




.jpg)
.jpg)
.jpg)















.jpg)







.jpg)
.jpg)





























