ABŞ İran neftinə qarşı sanksiyaların yumşaldılmasını ləğv edib
İranın Hörmüz boğazı rayonunda üç tankerin hücuma məruz qalmasından sonra ABŞ təxminən iki həftə əvvəl ləğv etdiyi İrana qarşı neft sanksiyalarını bərpa edib. İyulun 7-də, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın xam neftinin ticarəti üçün əvvəllər verilmiş müvəqqəti lisenziyanı geri çağırıb. Oxuməni.az-ın məlumatına görə, bu barədə OFAC-ın rəsmi saytında bildirilir.
ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, iyunun 21-də verilmiş və İranın neft sektoruna qarşı birtərəfli Amerika sanksiyalarının tətbiqini cari ilin 21 avqust tarixinədək dayandıran ümumi lisenziya iyulun 7-dən etibarən "ləğv edilir və tamamilə yeni sənədlə əvəz olunur". Yeni sənədə əsasən, iyulun 7-dən etibarən İranın neft sektoru ilə bağlı, o cümlədən məhsulların alınması və yüklənməsi ilə bağlı "hər hansı yeni əməliyyatlara" icazə verilmir. Yeni ümumi lisenziya ilkin sənədlə icazə verilən bütün əməliyyatların iyulun 17-dək başa çatdırılmasını tələb edir.
Bununla yanaşı, qurum ilkin lisenziya ilə icazə verilən əməliyyatların tamamlanması üçün tələb olunan işlərin 17 iyul 2026-cı il tarixinədək həyata keçirilməsinə icazə verir. ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, bu əməliyyatlar çərçivəsində bütün ödənişlər, əgər onlar sanksiya siyahılarına daxil edilmiş şəxslər üçün nəzərdə tutulubsa, Amerika hesablarına daxil olmalıdır.
Xatırladaq ki, iyunun sonunda ABŞ Maliyyə Nazirliyi İran neftinin hasilatı, tədarükü və satışına icazə verən 60 günlük müvəqqəti ümumi lisenziya vermişdi. Vaşinqton və Tehran nümayəndələrinin İsveçrənin Bürgenştok şəhərindəki danışıqlarından sonra bildirilmişdi ki, lisenziya 21 avqust 2026-cı il tarixinədək qüvvədə olacaq və əgər bu əməliyyatlar İran neftinin, neft-kimya məhsullarının və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlıdırsa, onların ABŞ-a idxalına icazə verir.
İcazə ABŞ-ın sanksiyaları altında olan gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatlara şamil olunurdu, lakin Şimali Koreya, Kuba və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən olan şəxslərin iştirakı ilə aparılan əməliyyatlara aid deyildi və digər mövcud məhdudiyyətləri ləğv etmirdi. Vaşinqton bildirib ki, İran öz növbəsində Hörmüz boğazından sərbəst və açıq tranziti təmin etməyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin ölkəyə daxil olmasına icazə verməyi öhdəsinə götürüb.
Almaz Həsənli













.jpg)
.jpg)
.jpg)

.jpg)




.jpg)
.jpg)
.jpg)













.jpg)







.jpg)
.jpg)



































