Ukrayna Putinə müharibəni bitirmək üçün təklif göndərib
Ukraynanın Rusiya prezidenti Vladimir Putinə müharibənin bitirilməsi ilə bağlı təklifi "real və icra edilə bilən"dir. Oxuməni.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması təkcə Ukraynanın deyil, həm də Rusiya rəhbərliyinin özünün maraqlarına cavab verir, çünki bu, gələcək eskalasiyadan və daxili böhrandan qaçmaq üçün bir şansdır.
"Ukraynanın Putinə müharibəni bitirmək üçün təklifi real və icra edilə biləndir. Bu, onun rejimi üçün süqutdan qaçmaq üçün bir şansdır", - deyə onun açıqlamasını mətbuat xidmətindən sitat gətirilib.
XİN başçısı qeyd edib ki, Rusiya rəhbəri nəhayət, göz qabağında olan faktı etiraf etməlidir: Rusiya Ukraynaya qarşı müharibədə özünün işğalçı strateji məqsədlərinə hərbi yolla çata bilməyəcək.
Sibiqa həmçinin Ukraynanın prinsipial hesab etdiyi dayanıqlı sülhün dörd əsas komponentini açıqlayıb:
- ABŞ tərəfindən hüquqi cəhətdən məcburi olan ikitərəfli təhlükəsizlik zəmanətləri;
- ABŞ-ın dəstəyi ilə beynəlxalq tərəfdaşların Ukrayna ərazisində hərbi mövcudluğu ("boots on the ground");
- Təhlükəsizlik zəmanətlərinin bir elementi kimi Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyü;
- Ukrayna Silahlı Qüvvələrinin daha da gücləndirilməsi və Rusiyanın yeni potensial təcavüzünün qarşısının alınmasına zəmanət verilməsi üçün uzunmüddətli hərbi yardım paketinin ayrılması.
Rusiya tərəfi hələlik Andrey Sibiqanın bəyanatını şərh etməyib və səsləndirilən təkliflərə reaksiyası barədə məlumat verməyib. Davam edən hərbi əməliyyatlar və regionda yüksək gərginliyin qalması fonunda Moskva ilə Kiyev arasında danışıqlar prosesinin mümkün bərpası məsələsi açıq qalır.
Almaz Həsənli


.jpg)









.jpg)
.jpg)

.jpg)





.jpg)
.jpg)
.jpg)













.jpg)







.jpg)
.jpg)




































