ABŞ İrandakı hədəflərə zərbələr endirib
ABŞ Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq İrandakı hədəflərə qarşı bir sıra zərbələr endirdi. Oxuməni.az-ın yaydığ məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.
"ABŞ Mərkəzi Komandanlığı beynəlxalq sularda günahsız mülki şəxslərin heyətində olan ticarət gəmilərini hədəfə almaq və hücum etmək üçün İrana qarşı bir sıra güclü zərbələr endirib", - deyə açıqlamada bildirilir.
ABŞ zərbələri Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı "İranın hücumlarına cavab olaraq həyata keçirilib".
ABŞ rəsmisi Axios-a bildirib ki, İrana qarşı yeni hücumlarda ABŞ-ın hədəfləri hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, gəmi əleyhinə raketləri, dron buraxılış məntəqələri və liman infrastrukturunu əhatə edir.
Əziz MUSTAFA













.jpg)





.jpg)
.jpg)
.jpg)










.jpg)







.jpg)
.jpg)









































