Ukrayna Ordusu Azov dənizində gecə əməliyyat keçirib, 10 Rusiya gəmisi məhv edilib

Ukrayna Ordusu Azov dənizində gecə əməliyyat keçirib, 10 Rusiya gəmisi məhv edilib

07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Qara dənizdən sonra Azov dənizində güc balansını tamamilə dəyişdirəcək genişmiqyaslı əməliyyat həyata keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə deyilir Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (UPS) tarixdə ən böyük kamikadze dron əməliyyatlarından birini həyata keçirərək, işğal olunmuş əraziləri və cəbhə xəttini təmin edən Rusiyanın dəniz logistika şəbəkəsini hədəf alıb. İlkin məlumatlara görə, əməliyyat zamanı təxminən 10 Rusiya gəmisi birbaşa hədəfə alınıb.

. Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (UPS) tərəfindən dərc edilən əməliyyat görüntüləri Rusiyanın logistika xətlərinə ağır zərbə vurulduğunu göstərir.

Hərbi mənbələr tərəfindən yayımlanan gecəgörmə kamerası görüntüləri sürətlə hərəkət edən PUA-ların Rusiya tankerlərinə çırpılmasını anbaan qeydə aldı və güclü partlayışlara səbəb oldu.

İlkin məlumata görə, əməliyyat zamanı təxminən 10 Rusiya gəmisi birbaşa zərbə alıb. Gəmilərə kamikadze dronları tərəfindən ciddi ziyan dəydiyi bildirilir.

Hücumdan dərhal sonra ərazidə aparılan kəşfiyyat uçuşları əməliyyatın uğurunu təsdiqlədi. Qeydə alınmış zərər qiymətləndirmə görüntüləri hücuma məruz qalan tankerlərin və yük gəmilərinin alov içində qaldığını və ağır ziyanla sıradan çıxdığını aydın şəkildə göstərir.
Azov dənizində Rusiyanın hərbi və logistika fəaliyyətini iflic etmək məqsədi daşıyan bu genişmiqyaslı əməliyyat, Ukraynanın pilotsuz sistemlər sahəsində çatdığı yeni səviyyəni bir daha təsdiqlədi. Qeyd olunur ki, bölgədəki zərərin miqyası və batmış gəmilərin sayı arta bilər.

Əziz MUSTAFA