Fransa Prezidenti 17 ildə ilk dəfə Suriyaya səfər edəcək
Emmanuel Makron 17 ildə Suriyaya səfər edən ilk Fransa prezidenti və Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında süqutundan sonra bu ölkəyə səfər edən ilk Qərbi Avropa lideri olacaq. Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib. Oxuməni.az xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA ölkə prezidenti yanında Media Əlaqələri İdarəsinə istinadən məlumat yayıb.
Gözlənilir ki, Makron və Suriya prezidenti vəzifəsini müvəqqəti icra edən Əhməd Əş-Şaraa ikitərəfli əlaqələrin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə etmək üçün danışıqlar aparacaqlar. Makronla birlikdə Suriyaya investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti də gələcək.
Hazırda Suriyaya səfər edən sonuncu Fransa prezidenti 2007-2012-ci illərdə ölkəyə rəhbərlik edən Nikola Sarkozidir. O, Dəməşqə 2009-cu ilin sentyabrında – Əsəd rəhbərliyindəki hakimiyyətin kütləvi etirazları yatırmasından sonra başlayan Suriya vətəndaş müharibəsindən bir il yarım əvvəl gəlmişdi.
Almaz Həsənli






































































.jpg)
.jpg)

.jpg)








