Tramp Türkiyədə Zelenski ilə görüşdükdən sonra Putinlə əlaqə saxlamağı planlaşdırır

Tramp Türkiyədə Zelenski ilə görüşdükdən sonra Putinlə əlaqə saxlamağı planlaşdırır

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp 8 iyulda Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Vladimir Zelenski ilə görüşdükdən sonra Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırır. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Reuters yüksək vəzifəli ABŞ rəsmisinə istinadən bildirib.
"Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, Tramp Zelenski ilə danışdıqdan sonra Putinlə müzakirələri davam etdirəcək", - deyə Reuters yazıb.

ABŞ rəsmisinə görə, Tramp Zelenski ilə "müharibəyə son qoymaq" barədə danışmağı planlaşdırır. "Prezident buna son qoymağa çalışmağı çox vacib hesab edir", - deyə ABŞ rəsmisi əlavə edib.

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun əvvəllər bildirdiyi kimi, Putin Trampla telefon danışığında Moskvanın Ukrayna münaqişəsinin Rusiyanın yanaşmalarına əsaslanaraq diplomatik yolla həllinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, prezidentlər Trampın 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirakı da daxil olmaqla, Ukrayna nizamlanmasını müzakirə edib.

Əziz MUSTAFA