Netanyahu bildirib ki, İsrailin dünyada ABŞ-dan başqa dostları da var
ABŞ Prezidenti Donald Tramp İsrailin ən böyük dostudur, lakin yəhudi dövlətinin dünyada ABŞ-dan başqa bir çox dostu var. Oxuməni.az-ın verdiyi məlumata görə bunu Fox News-ə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahunun belə bir açıqlama verməsinə səbəb ABŞ-ın vitse-prezidenti J.D. Vensin yəhudi dövlətini ABŞ-ın dünyada "yeganə güclü müttəfiqi" olaraq qaldığını xatırlamağa çağırması olub.
"Mən J.D. Vensə hörmət edirəm, bizim çox yaxşı münasibətlərimiz var, amma bu, onun dediklərinin hamısı ilə razı olduğum anlamına gəlmir. Həmçinin qeyd etməliyəm ki, Donald Tramp Ağ Evdə indiyə qədər gördüyüm ən böyük dostdur. Bizim 1,4 milyard əhalisi olan Hindistan və başqa dostlarımız", - deyə o, Fox News-da bildirib. "
İsrail baş nazirinin sözlərinə görə, bir çox dövlət başçısı ona zəng edərək hörmətlərini ifadə edir və əməkdaşlıq təklif edirlər. "Beləliklə, münasibətlər göründüyündən tamamilə fərqlidir və bizim çoxlu dostlarımız var", - deyə o əlavə edib.
Xatırladaq ki, iyunun sonunda Amerikanın "Politico" nəşri mənbələrə istinadən ABŞ-ın İsrail üçün "Amerika Birinci" prinsipindən istisna etməyi dayandırdığını və yəhudi dövlətinin "xüsusi müttəfiq" statusunu itirdiyini bildirib.
Əziz Mustafa


















































































