Oman dənizində itkin düşmüş amerikalı hərbçinin axtarışı dayandırılıb

Oman dənizində itkin düşmüş amerikalı hərbçinin axtarışı dayandırılıb

10:15
Bəyəndim (0) Bəyənmədim (0)

1 iyulda baş verən hərbi helikopterin qəzasından sonra Oman dənizində itkin düşmüş amerikalı hərbçinin axtarışı dayandırılıb.

Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı (NAVCENT) məsələ ilə bağlı rəsmi açıqlamasında deyilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı 14.000 kvadrat mil ərazini əhatə edən əməliyyatın başa çatdığını və xilas edilməmiş bir heyət üzvünün izinin tapılmadığını açıqlayıb.

Bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri bölmələrinin iştirak etdiyi "intensiv və hərtərəfli" axtarış səylərinin heç bir nəticə vermədiyi qeyd edilib: "102 saatdan çox davam edən və 14.000 kvadrat mildən çox ərazini əhatə edən əlaqələndirilmiş axtarış və xilasetmə səyləri başa çatıb."

Hadisə, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS George H.W. Bush təyyarədaşıyan gəmisinə əsaslanan MH-60S Sea Hawk helikopterinin Ərəbistan dənizində təcili eniş etməsi zamanı baş verib. Vurulan helikopterin göyərtəsindəki dörd ekipaj üzvündən üçü tez bir zamanda xilas edilib və itkin düşmüş hərbçinin axtarışı üçün genişmiqyaslı əməliyyat başlanıb.

İlkin araşdırmalar hərbi helikopterin xarici hücum və ya düşmənçilik hərəkəti nəticəsində qəzaya uğradığına dair heç bir dəlil tapmayıb. Hadisənin səbəbini müəyyən etmək üçün inzibati və texniki araşdırmanın davam etdiyi bildirilir.

Əziz Mustafa