Çin Almatıda C909 tibbi təyyarəsini təqdim edib

Çin Almatıda C909 tibbi təyyarəsini təqdim edib

15:48
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 2-də Qazaxıstanın Almatı şəhirihdə 21-ci Çin Malları Sərgisi açıldı. Çinin COMAC aviasiya korporasiyası ilk dəfə olaraq bu sərgidə iştirak edib və Almatı Beynəlxalq Aeroportunda statik ekspozisiyada C909 təyyarəsinin tibbi versiyasını təqdim edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Jenmin Jibao" məlumat yayıb.

Sərgidə həmçinin C909-un 1:50 miqyaslı yanğınsöndürmə konfiqurasiyasında maketi nümayiş etdirildi. Bu maket C909 modifikasiyalarının xəttini və onların aviasiya tibbi, axtarış-xilasetmə əməliyyatları və komanda rabitəsi kimi sahələrdə tətbiqini aydın şəkildə göstərir.

Sərgidə təqdim olunan tibbi C909, COMAC şirkəti və Fudan Universitetinin Otorinolarinologiya və Oftalmologiya Xəstəxanasının birgə səyi nəticəsində yaradılıb. Təyyarə göyərtədə xəstəliklərin skrininqini, diaqnostikasını, cərrahi müdaxilələri, həmçinin çaşılıq və ambliopiyanın müalicəsini həyata keçirməyə imkan verən müasir intellektual avadanlıqla təchiz olunub.

Almaz Həsənli