İsrail İranla müstəqil müharibə aparmağa hazırdır
İsrail İranla müstəqil müharibə aparmağa hazır olmalıdır. Bu bəyanatı ölkənin müdafiə naziri İsrail Kats verib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
O, vurğulayıb ki, yəhudi dövlətinin Müdafiə Ordusu istənilən təhdidi aradan qaldırmaq iqtidarında olmalıdır.
"İsrail Müdafiə Ordusunun Baş Qərargahı, lazım gələrsə, istənilən təhdidi aradan qaldırmaq üçün İrana müstəqil İsrail zərbəsi endirməyə hazır olmalıdır", - müdafiə idarəsinin rəhbəri bildirib.
Kats bu bəyanatı HƏMAS radikal qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücum etdiyi gündən 1000-ci günün başlanmasına həsr edib.
O, həmçinin vurğulayıb ki, son silahlı münaqişə zamanı İsrail İran rəhbərliyinin böyük hissəsini məhv edə və İslam Respublikasının strateji imkanlarına zərər vura bilib.
Bu həftənin əvvəlində İsrailin müdafiə naziri İranla müharibənin yenidən başlaya biləcəyi şərtləri açıqlayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp danışıqların mənasızlığına əmin olarsa, hərbi əməliyyatlar yenidən başlaya bilər. Bundan əlavə, o qeyd edib ki, İran İsrailə yeni zərbələr endirərsə, müharibə yenidən başlayacaq.
Almaz Həsənli
































.jpg)
.jpg)

.jpg)















































