İranda Xamenei ilə vida mərasimi başlayıb
Bu gün səhər Tehrana İranın keçmiş ali lideri Əli Xameneinin cəsədinin olduğu tabut gətirilib və iranlılar ayətullahla vidalaşmağa başlayıblar.
Oxuməni.az xəbər verir ki, böyük vida mərasimi İslam Respublikasının bir neçə şəhərində, eləcə də İraqda – Nəcəf və Kərbəlada keçiriləcək. Mərasim iyulun 9-dək davam edəcək. Gözlənildiyinə görə, matəm tədbirində 100-ə yaxın ölkənin nümayəndələri iştirak edəcək.
İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimi iyulun 4-dən 9-dək keçiriləcək. Gözlənildiyinə görə, Tehranda iyulun 4-dən 6-dək vida mərasimi və dəfn yürüşü, Qumda isə dəfn yürüşü iyulun 7-də keçiriləcək. İyulun 8-də Xameneinin cəsədini şiə müsəlmanların onunla vidalaşa bilməsi üçün İraqa göndərmək planlaşdırılır. İyulun 9-da ayətullah doğma vətəni Məşhəddə dəfn ediləcək.
Xatırladaq ki, Ayətullah Xamenei fevralın 28-də İsrailin hava zərbəsi nəticəsində öldürülüb.
Almaz Həsənli





















.jpg)
.jpg)

.jpg)

























































