Pentaqon: ABŞ-ın NATO müttəfiqləri daha böyük məsuliyyət daşımağa başlayıblar
Pentaqon, Avropa NATO müttəfiqlərinin öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımalarına yönəlmiş ABŞ planlarının həyata keçirilməsini uğurlu hesab edir. Oxuməni.az-ın yaydığı məlumata görə, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi deyib..
O qeyd edib ki, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında "Avropanın qeyri-nüvə silahlarından istifadə edərək öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi" ilə nəticələnəcək dəyişikliklər axtarır.
"Çoxları bunun mümkün olmadığını, Avropanın bu addımı ata bilməyəcəyini və ya atmaq istəməyəcəyini söylədi. Biz bu iddianın gözümüzün qabağında təkzib olunduğunu görürük", - deyə Kolbi əlavə edib.
Müdafiə nazirinin müavini vurğulayıb ki, Vaşinqton NATO-nun müttəfiqlərinin ABŞ-dan asılılığına deyil, tərəfdaşlığa əsaslanan bir ittifaq olmasını istəyir.
Əziz MUSTAFA































.jpg)
.jpg)

.jpg)
















































