Krıma dron hücumundan sonra güclü partlayışlar eşidilib
Dünən gecə işğal olunmuş yarımadanın müxtəlif şəhər və kəndlərində yüksək səslər eşidilib. İki aerodrom və bir yarımstansiya dronlar tərəfindən hədəfə alınıb.
3 iyul cümə günü gecəsi müvəqqəti işğal olunmuş Krımda partlayışlar eşidilib. Krımski Veter Telegram kanalı yerli sakinlərə istinadən dron hücumu barədə məlumat verib.
Qvardeyskoye kəndi yaxınlığında, eləcə də Kaça və Saki aerodromları yaxınlığında partlayışlar eşidilib. Partlayışlardan sonra Starıy Krım şəhərində və ətraf kəndlərdə elektrik kəsintiləri qeydə alınıb.
Bundan əlavə, yerli sakinlər Krasnoqvardeyski rayonundakı, 220/35 kV-luq böyük bir Maryanovka yarımstansiyasının yerləşdiyi Maryanovka kəndi üzərində tüstü olduğunu bildiriblər.
Yarımadanın işğal hakimiyyətinin nümayəndələri hələlik hücumun nəticələri ilə bağlı heç bir məlumat verməyiblər.
Xatırladaq ki, dünən gecə Krımda hücumlar Sakski rayonundakı Mityaevo və Donuzlav yarımstansiyalarında yanğınlara səbəb olub.
Feodosiyada da dörd hava hücumu qeydə alınıb: üçü neft anbarının yaxınlığında, biri isə günbəzli radar mövqelərinin yerləşdiyi Tepe-Oba dağında.
Əziz MUSTAFA





















.jpg)
.jpg)

.jpg)

























































