Litva nüvə silahlarına qoyulan qadağadan çıxmağa hazırlaşır
Litva Prezidenti Gitanas Nausėda 2 iyul cümə axşamı günü bildirib ki, parlament partiya liderləri arasında ölkədə nüvə silahlarına qoyulan qadağanın ləğvi üçün "demək olar ki, yekdil" dəstək var.
Oxuməni.az-ın yaydığı məlumata görə bu barədə POLITICO-nun verdiyi xəbərdə deyilir.
Bu çərçivədə də Qanunverici orqanın müvafiq müddəaların dəyişdirilməsi prosesinə tezliklə başlaması gözlənilir.
Nausėdanın sözlərinə görə, parlament fraksiya liderləri ilə görüşdən sonra kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edən Litva Konstitusiyasının 137-ci maddəsinin artıq müasir təhlükəsizlik reallıqlarına cavab vermədiyi məlum olub.
"Rəylər demək olar ki, yekdil idi. Bütün parlament fraksiya liderləri 137-ci maddənin köhnəldiyini və nəinki dəyişdirilməli, həm də tamamilə çıxarılmalı olduğunu bildirdilər", - deyə Litva Prezidenti mətbuat konfransında vurğuladı.
Litva 2004-cü ildə Şimali Atlantika Alyansına qoşulub. Nausedanın qeyd etdiyi kimi, parlament liderləri nüvə silahlarını qanuni olaraq qadağan etməyə davam edən azsaylı ölkələrdən biri olan hərbi ittifaq daxilində sözdə "boz zona"da qalmaq istəmirlər.
Xatırladaq ki,Finlandiya artıq oxşar qadağanı ləğv edib.
Əziz MUSTAFA


















.jpg)
.jpg)
.jpg)





























































