ABŞ Konqresmenləri çağırış etdilər: Ukraynaya daha çox silah verilməli, Rusiyaya yeni sanksiyalar tətbiq edilməlidir
ABŞ konqresmenlərindən ibarət ikipartiyalı qrup daha bir böyük Rusiya hücumu qarşısında Amerikanın Ukraynaya dəstəyini artırmağa çağırdı. Azadlıq Radiosu konqresmenlərin 2 iyul cümə axşamı günü verdiyi birgə bəyanat barədə məlumat yayıb.
"ABŞ dərhal Ukraynanı öz xalqını müdafiə etmək və Rusiyaya qarşı müharibəni dayandırmaq üçün lazım olan vasitələrlə silahlandırmalıdır", - Demokratlar Marsi Kaptur və Mayk Kviqlinin, eləcə də Respublikaçılar Brayan Fitspatrik və Co Uilsonun birgə bəyanatında deyilir.
Nəşr qeyd edir ki, Rusiya hücumunun miqyası Vaşinqtondakı respublikaçı qanunvericilər tərəfindən kəskin qınaqla qarşılanıb.
Xüsusilə, uzun müddət Ukraynanın tərəfdarı olan Cənubi Karolina ştatından olan Co Uilson Azadlıq Radiosuna bildirib ki, zərbələr "Rusiyanın müharibəni dəhşətli dərəcədə uduzduğunu" göstərir və hücum gələn həftə keçiriləcək NATO sammitindən əvvəl Rusiya lideri Vladimir Putinin "çarəsiz qaldığına" dair bir siqnaldır.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin reytinqli respublikaçısı Nebraska ştatından olan Don Beykon vurğulayıb ki, ABŞ "Ukraynaya raket və hava hücumundan müdafiə sahəsində kömək etməli və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməliyik".
Əziz MUSTAFA


















.jpg)
.jpg)
.jpg)





























































