Özbəkistanda təxminən 170 min nəfər uzunömürlü şəxs yaşayır
Özbəkistan əhalisi hələ də gəncdir, lakin yaşlı insanların sayı getdikcə artır. Əhali və kənd təsərrüfatı siyahıyaalmasının ilkin nəticələrinə görə, Özbəkistanda təxminən 169.000 insan 85 və daha yuxarı yaş həddinə çatıb.
Yaş strukturu göstərir ki, əhalinin ən böyük payı uşaqlar və əmək qabiliyyətli qruplardan ibarətdir. Xüsusilə, ən böyük qrup 4 yaşdan kiçik uşaqlardır və onların sayı 4,6 milyondan çoxdur. Ümumilikdə, gənclər və əmək qabiliyyətli qruplar ölkə əhalisinin əsas hissəsini təşkil edir.
Eyni zamanda, əhalinin əhəmiyyətli bir hissəsini orta yaşlı və yaşlı insanlar təşkil edir. 60-64 yaşlı əhali 1,4 milyonu, 65-69 yaşlılar isə 1,1 milyonu keçib. Təxminən 669.000 nəfər 70-74 yaş arası, 342.000-dən çoxu 75-79 yaş arası, 130.000-dən çoxu isə 80-84 yaş arasıdır.
Daha əvvəl Milli Statistika Komitəsi Özbəkistanın müasir tarixində ilk ümumi əhali və kənd təsərrüfatı siyahıyaalmasının ilkin nəticələrini açıqlamışdı. Məlumatlara görə, ölkə əhalisinin sayı 1989-cu il siyahıyaalmasından təxminən iki dəfə çox olan 39.047.321 nəfər təşkil edib.
Əziz MUSTAFA












.jpg)
.jpg)

.jpg)



































































